Bakıda sürətlə hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub - FOTO

OXUNUB: 569 HADİSƏ

Paytaxtın Nərimanov rayonunda avtobus yol-nəqliyyat hadisəsi törədib.

 1974-cü il təvəllüdlü Əhmədov Saleh Alik oğlu Təbriz küçəsində yolu keçərkən onu sürətlə hərəkətdə olan "90-XX-147" dövlət qeydiyyat nişanlı 202 saylı "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı təcili yardım xidmətinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az


RƏYLƏR