Bakıda yaşayış binasında yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

OXUNUB: 288 HADİSƏ
Bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

FHN-dən 7NEWS.Az-a verilən məlumata görə, qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
 
 
----
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

7NEWS.Az FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



22.57

Nəsimi rayonunda yanğın başlayıb.

7NEWS.Az xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin ( FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub./apa
 

RƏYLƏR