Bakıda yük maşını marketə çırpıldı

OXUNUB: 555 HADİSƏ

Bakıda Əhmədli metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az-ın məlumatına görə, qəza zamanı "Ford” markalı yük avtomobili işıq dirəyinə dəyib, daha sonra marketə çırpılıb.

Hadisə nəticəsində işıq dirəyi sınıb, avtomobil və mağazaya ziyan dəyib.

Sürücü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR