Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib

OXUNUB: 681 HADİSƏ

Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

İcmal.Az report.az-a istinadən bildirir ki, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.

 
 

"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü Məmmədova Gülnar Əli qızı yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.
G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.

İcmal.Az

RƏYLƏR