Bakını qatı tüstüyə bürüyən yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

OXUNUB: 364 HADİSƏ
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında boş ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə qurumdan məlumat verilib.

13:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.

13:32
Bakıda güclü yanğın qeydə alınıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edilib ki, hadisə metronun "Neftçilər” stansiyasının yaxınlığında baş verib.

Yanğından yüksələn qatı tüstü qısa müddətdə geniş ərazini bürüyüb.

Sakinlərin paylaşdıqları görüntüləri təqdim edirik:
 


  

RƏYLƏR