Bakının "8-ci kilometr bazarı"nda orta yaşlı kişi intihara cəhd edib

OXUNUB: 667 HADİSƏ

Bakıda intihara cəhd hadisəsi olub.

Hadisə Nizami rayonunda qeydə alınıb.

"8-ci kilometr bazarı"nda 1979-cu il təvəllüdlü Dadaşov Ramin Yaşar oğlu tanışı ilə mübahisə edib. O, mübahisə zamanı bıçaqla boğazına xəsarət yetirib.

R. Dadaşov ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.  /report

 

İcmal.Az

RƏYLƏR