Bakının küçə və prospektləri dezinfeksiya olunur - VİDEO

OXUNUB: 751 SOSİAL

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 2-də paytaxdakı 200-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işlər həyata keçirilib.

Xezerxeber.azın məlumatına görə, mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb.

Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti və xüsusi təyinatlı texnikası dezinfeksiya işlərinə dəstək verib.

 

RƏYLƏR