Bakının mərkəzində ağaclar qanunsuz kəsilib - FOTO

OXUNUB: 568 SOSİAL

Bakı şəhərinin mərkəzində iki ağac kəsilib.  

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, Nazirliyinin Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində iki ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

 

İcmal.Az

RƏYLƏR