Balakəndə bələdiyyə sədri Nurlan Əhmədov və biznesmen əmiləri içkili halda mübahisə yaratdılar

OXUNUB: 681 HADİSƏ
Balakəndə biznesmen qardaşlar saxlanılıblar.
 Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Telman Əhmədov, qardaşı Elçin Əhmədov və qardaşı oğlu Nurlan Əhmədov Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polisə tabesizlik olub.
 
 
Belə ki, Nurlan Əhmədov və əmiləri Balakən şəhərində restoranların birində yeyib-içiblər. Gecə saatlarında Nurlan Əhmədov idarə etdiyi "Rang Rover” markalı avtomobillə Balakən şəhərindən Talalar kəndi ərazisinə qaydarkən yol polisi tərəfindən saxlanılıb. Avtomobildə Telman Əhmədov da olub.
 Dəhşətli qəza törədən
 
O, əmisi Elçin Əhmədova zəng vuraraq bildirib ki, yol polisi xidməti onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildiriblər.
Nurlan Əhmədov və əmisi Telman Əhmədov polislə mübahisə edib, "yaxşı edirik qayda pozuruq” deyiblər.
 
Bulletproof Lexus SUVs, Armored LX 600 for Sale | INKAS® ArmoredINKAS Armored Vehicles, Bulletproof Cars, Special Purpose Vehicles

Nurlan Əhmədovun digər əmisi Elçin Əhmədov da içkili halda idarə etdiyi "Lexus” markalı, "TT” dövlət qeydiyyat nişanlı maşınla hadisə yerinə gəlib. O da polislə mübahisə edib, niyə görə onun qohumlarını saxladıqlarını soruşaraq, etirazını bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneəçilik törətməyə başlayıb.
Kömək məqsədi ilə hadisə yerinə polis əməkdaşları çağrılıb. Nəticədə hər üç şəxs saxlanılıb.
Məhkəmənin qərarı ilə Elçin Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 gün müddətinə həbs edilib. Nurlan Əhmədov və əmisi Telman Əhmədov müvafiq maddə ilə cərimə edilib.
 
 
media-7111
 

Nurlan Əhmədovun Balakən rayonu, Talalar bələdiyyəsinin sədri, əmiləri Telman və Elçin Əhmədovların Azərbaycanda və Rusiyada bizneslə məşğul olduqları deyilir. /Qaynarinfo
 
Ötən il Balakən rayonuna 23 minə yaxın turist gəlib - AZƏRTAC
 
 

RƏYLƏR