Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyüldü

OXUNUB: 744 SOSİAL

Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.

Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək, M.Bünyadovu özü döydüyünü bildirib.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

İcmal.Az

RƏYLƏR