7NEWS.az xəbər verir ki, Vyetnam hökuməti Cənubi Çin dənizindəki mübahisəli adaları bir səhnədə Çinli kimi göstərdiyini əsas gətirərək Amerika istehsalı Barbie filminin nümayişini qadağan edib. Hər iki ölkənin Cənubi Çin dənizindəki adalar üzərində suverenlik iddiaları var. Sözügedən səhnədəki xəritədə mübahisəli adaların Çinə aid olduğu göstərilir. Margot Robbie, Ryan Gosling və Issa Rae-nin rol aldığı və rejissoru Greta Gerwig olan Barbie filmi iyulun 21-də nümayiş olunacaq.
7NEWS.az