Barda kişilərlə tanış olur, evə gətirir, əri və qaynı yataqda yaxalayır - Film kimi cinayət

OXUNUB: 732 DÜNYA

Cütlük fərqli üsuldan istifadə edib.

Qaziantepdə yaşayan 48 yaşlı Əkrəm Y. barda işləyən 39 yaşlı Xədicə G. ilə içki içib, şənlənəndən sonra cinsi əlaqəyə girmək üçün evə gediblər. Bir müddət sonra evə gələn Xədicə G.-nin əri, 47 yaşlı Metin G. Əkrəm Y.-yə bıçaq çəkib  və onu döyüb. Bundan sonra isə çılpaq fotoşəkillərini çəkib şantaj edərək bankdakı 30 min türk lirəsini başqa bir dostunun hesabına köçürüb.

Bu hadisədən sonra Xədicə G. eyni üsulla 57 yaşlı Mustafa İ.-ni də evinə aparıb. Burada da evə gələn qardaşlar 37 yaşlı Yılmaz A. və qardaşı Nevzat A. Mustafa İ.-nin də çılpaq fotoşəkillərini çəkib, 60 min manatlıq sənədə imza atdırdıqdan sonra 2 ayrı boş sənədə də imza atdırıb, 9 min 500 türk lirəsini alıblar.

Xədicə və Metin G.-nin eyni cinayətlərdən dəfələrlə yaxalandıqları, şübhəlilərin 28 oktyabrda çıxarıldıqları məhkəmədə hər gün polis bölməsinə gəlib, qol çəkmələri şərtilə sərbəst buraxıldıqları ortaya çıxıb.

Nəzarətə alınan şübhəlilər sorğularında ittihamları qəbul etməyib.

Polisdəki əməliyyatları tamamlanan 1-i qadın olmaqla 4 şəxs ədliyyəyə sövq edilib.

 

İcmal.Az

RƏYLƏR