“Barselona” rəqibini darmadağın etdi – 4 cavabsız qol

OXUNUB: 5645 İDMAN

Dünən axşam İspaniya La Liqasında 28-ci turun oyunları keçirilib.

7News.Az xəbər verir ki, turnir cədvəlinin şəriksiz lideri olan "Barselona" səfərdə "Malyorka"nı 4 cavabsız qolla məğlub edib.

"Malyorka" – "Barselona" -  0:4

Qollar: Vidal, 2. Breytveyt, 37. Alba, 80. Messi, 90+3.

Bu qələbədən sonra ulduzlar klubu xalını 61-ə çatdıraraq,  liderliyini bir qədər də möhkəmləndirib. Bir oyun az keçirən "Real" 56 xalla 2-ci, "Sevilya" 50 xalla 3-cüdür.

 

 

7News.Az

 

RƏYLƏR