"Türk Şurasına üzv dövlətlərlə Macarıstan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb”. Bunu Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib. O bildirib ki, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir. V. Orban Macarıstan hökumətinin türkdilli ölkələrdən olan tələbələr üçün təqaüd proqramları ayırdığını da vurğulayıb. Baş Nazirin sözlərinə görə, Macarıstanın müvafiq bankı tərəfindən türk dünyasından olan iş adamları üçün kredit xətti açılıb. Türk Şurasının VII Zirvə Görüşündə iştirak üçün dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən V. Orban Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevi qıpçaqların böyük dostu adlandırıb. "Macarıstanda qıpçaqlar yaşayır, macarların qanında qıpçaq qanı axır”, - deyə Macarıstanın Baş Naziri qeyd edib.
Ana səhifə
/
AZƏRBAYCAN / DÜNYA / SİYASƏT / Baş Nazir: “Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir”
Baş Nazir: “Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Azərbaycan və Macarıstan XİN başçıları Suriya münaqişəsini müzakirə ediblər
14.10.2019, 14:05 / AZƏRBAYCAN, DÜNYA, SİYASƏT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?



















