Baş prokuror Laçın şəhərində əməliyyat müşavirəsi keçirib

OXUNUB: 125 GÜNDƏM Özəl
Baş prokuror: Laçın şəhəri Azərbaycan Respublikasına təhvil verilərkən Ermənistan Respublikasının aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb

Xəbər verildiyi kimi, iyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib.
Laçın rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib. 
Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb. 
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulmuşdur. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub. 
Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycan Respublikasına təhvil verilərkən Ermənistan Respublikasının aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib. 
Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.
 





 

RƏYLƏR