Baş redaktor Vilayət Eyvazova MÜRACİƏT ETDİ: "İstintaqa kölgə salınmamasını..."

OXUNUB: 823 HADİSƏ
"Vətəninfo.az”İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Baş redaktor müraciətində oğlunun həyatına qəsd edildiyini, lakin müvafiq qurum tərəfindən istintaq prosesinin gedişatının dəyişdirildiyini vurğulayıb.

Müraciətin tam mətninin təqdim edirik:

"Hörmətli Cənab nazir!

Bilindirmək istəyirəm ki, ötən ilin 10 oktyabrında oğlum Canbaxışlı Fərid Nahid oğlu Bakı şəhər Qaradağ rayon "Bakı Cənub qapısı” yaşayış kompleksində, yaşadığı evdə həyatına sui-qəsd olunaraq bıçaqlanmışdır.

Hadisədən sonra Qaradağ Rayon Pİ-də baş verən hadisə ilə bağlı cinayət işi açılmış və hadisə ilə bağlı artıq 4-cü aydır istintaq aparılmaqdadır. İstintaq müddətində oğlum Fərid Canbaxışlıdan 2 dəfə izahat alınıb, Qaradağ Pİ-nin İstintaq şöbəsinin əməkdaşı Vasif tərəfindən ekspertizaya göndərilib.

Hörmətli cənab nazir!

Ötən 3 ay müddətində İstintaq şöbəsi tərəfindən hansısa başqa istintaq hərəkətləri həyata keçirilməyib. Müxtəlif vaxtlarda Vasiflə əlaqə saxladıqda sadəcə olaraq "çağıracam, deyəcəm” və s. bu kimi fikirlər səsləndirilib.

Bu gün 17:16 radələrində İstintaq idarəsinin əməkdaşı, yəni istintaq hərəkətlərin həyata keçirən Vasif müəllim zəng edərək özünün göndərişi əsasında həyata keçirilən ekspertizanı guya bəyənmədiyini və bu səbəbdən də yenidən oğlumun ekspertizadan keçirilməsini istədiyini bildirib. Maraqlıdır ki, ötən 3 ay ərzində digər ekespertiza hərəkətləri olunmadığı halda, hörmətli Vasif müəllim niyə və hansı səbəbdən təkrar ekspertiza tələb edir?!

Cənab nazir!

Sizdən bir vətəndaş olaraq, eyni zamanda, 1-ci Qarabağ müharibəsi qazisi və 26 ilə yaxındır Azərbaycan mətbuatında çalışan biri olaraq aparılan istintaqa kölgə salınmamasını, hadisənin məcrasının dəyişdirilməsi hallarına yol verilməməsini xahiş edirəm.

Çünki artıq məndə Qaradağ Rayon Pİ İstintaq idarəsinin əməkdaşı Vasif müəllimin prosesin məcrasının dəyişdirilməsinə çalışdığı şübhələri yaranmağa başlayıb”.

RƏYLƏR