"Başını sal aşağı, işinlə məşğul ol" – Fatimə Renkadan danışdı – VİDEO

OXUNUB: 797 ŞOU-BİZNES
ARB Ulduz-un "Virtual həyat” verlişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Rəqqasə ilk olaraq həmkarı Renkaya hər zaman dəstək olmasından danışıb:

"Bir şey olan kimi Renka mənə zəng vurur. Fatimə, səncə, mən cavab verim? İnanırsız, belə anlar olur. Deyirəm ki, Renka başını sal aşağı, işinlə məşğul ol! Sənə lazımdır, cavab verəcəksən, söhbət uzanacaq. Sən onsuz da qalmaqalsız tanınıbsan. Renkada elə bir nüans var ki, o başqa rəqqasələrdə heç vaxt olmayacaq”.

Fatimə həyata keçirmək istədiyi böyük layihədən də söz açıb:

"Mən demişdim ki, aprel ayında solo konsertim olacaq. Ancaq buna vaxt lazımdır. Bəstəkar Nailə Mirməmmədli mahnı hazırlayır. Hazır olandan sonra klip çəkiləcək. Rəqs kompozisiyası qurulacaq. Mən tək olmayacam. Yanımda rəqqas və rəqqasələr olacaq. Tam açıqlamaq istəmirəm. Böyük bir layihədir. İstəyirəm ki, konsertimi də yeni kliplə açıq elan edim”.

 

İcmal.Az

RƏYLƏR