Başlandı: İsrail iranlıları vurdu - VİDEO - FOTO

OXUNUB: 789 DÜNYA

ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı Tehranla imzalanmış sazişi tərk etməsi ilə bağlı açıqlaması Yaxın Şərqdə vəziyyəti həddən ziyadə gərginləşdirib.

Trampın qərarı İrana qarşı sanksiyaların bərpası deməkdi.

İsrail isə İranla hərbi əməliyyatlara, daha doğrusu, savaşa hazırlaşır.

İsrailin paytaxtı Təl-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın rəhbərliyi ilə təcili toplantı keçirilib.

Toplantıda bildirilib ki, İranın Suriyada, İsraillə sərhədin yaxınlığında hərbi gücünü artırması ilə bağlı olaraq İsrail hərbi əməliyyatlara hazır olmalıdır.

İsrailin şimalında gecə saatlarından etibarən müdafiə sistemləri gücləndirilib. Sfat və Karmiel şəhərlərində bomba sığınacaqları açılıb. İsrailin Müdafiə Nazirliyi bu gün Holan yüksəkliyinə nəzərdə tutulmuş bütün ekskursiyaları ləğv edib.

Bu gecə İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri Suriyanın paytaxtı Dəməşqin cənubunu bombalayıb. Hədəflər İranın hərbi texnikasını daşıyan maşın karvanları idi.

 

Suriyanın SANA dövlət xəbər agentliyi də bombardmanları təsdiqləyib. Agentliyin yaydığı məlumata görə, İsrail təyyarələri Dəməşqdən 13 km cənubdakı Əl Kisva şəhərində yerləşən hərbi bazanı raket-bomba atəşinə tutub.

Həmin baza Suriya-İsrail sərhədindən 50 km aralıdadır.

Bombardmanda 9 hərbçi həlak olub. Onların 7 nəfəri İranın "İslam İnqilabı Keşikçkiləri Korpusu"nun ("Sepahe Pasdarane Enqelabe Eslami") zabitləridir.

Holan yüksəkliyi 1967-ci ilədək Suriyanın Kuneytra vilayətinin ərazisi idi. Bu ərahisinin qərb bölgəsi 1967-ci ilin iyununda "Altıgünlük savaş" nəticəsində İsrail tərəfindən işğal olunub.

İcmal.Az


Израиль нанес ракетный удар по Сирии

Başlandı: İsrail iranlıları vurdu

Başlandı: İsrail iranlıları vurdu - VİDEO - FOTO

RƏYLƏR