Başqırdıstanda matəm elan edilib

OXUNUB: 892 DÜNYA

Rusiyada Başqırdıstanın Uquzevo kəndində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, fərdi yaşayış evində baş vermiş yanğına elektrik naqilinin nasazlığı səbəb olub.

Həlak olanlardan beşinin azyaşlı olduğu bildirilib.

Hadisə ilə əlaqədar Başqırdıstanda bir günlük matəm elan olunub.

 

 İcmal.Az

RƏYLƏR