Bayden 1,7 trilyon dollarlıq büdcə layihəsini imzaladı: Ukraynaya 45 milyard dollar veriləcək

OXUNUB: 256 Özəl DÜNYA
ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.

7NEWS.az xəbər verir ki, 2023-cü maliyyə ilinin bitdiyi 30 sentyabr 2023-cü il tarixinə qədər ABŞ federal hökumətinə maliyyə təmin edəcək büdcə qanun layihəsi ABŞ Senatı və Nümayəndələr Palatasında təsdiqləndikdən sonra prezident Co Baydenə təqdim edilib.

Ağ Evdən verilən açıqlamada sözügedən qanun layihəsinin Bayden tərəfindən imzalandığı bildirilib.

Bayden həmçinin "Twitter" hesabında hər iki tərəfin dəstəyini alan büdcə qanun layihəsini 'tarixi irəliləyiş ilinin sona çatması' kimi imzaladığını da paylaşıb.

7NEWS.az

RƏYLƏR