Bayram günlərində neçə nəfər xəstəxanalıq olub?

OXUNUB: 567 SOSİAL

"Bayram günlərində təcili yardıma müraciətlərin sayında ciddi artım qeydə alınmayıb, hətta ötən illə müqayisədə azalma var”.

 Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində gündəlik müraciətlərin sayı 2300 civarında olub:

"Adi günlərdə də təxminən bu qədər 2000-2100 müraciət qeydə alınırdı. Ötən illə mürayisədə bayram günləri təcili yardıma müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, ötən il bu günlərdə gün ərzində 2900 müraciət olurdu”.

M.Mirzəzadə onu da vurğulayıb ki, konkret hər hansı problemə görə də müraciətlərdə artım qeydə alınmayıb:

"Hər zaman olduğu kimi baş ağrısından tutmuş, cərrahi əməliyyatlara qədər müxtəlif problemlərlə təcili yardıma müraciət ediblər. Lakin hər hansı müraciət növündə kəskin artım olmayıb”.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Publika.az-a açıqlamasında bildirib ki, bayram günlərində 6 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib:

"Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 3 nəfər dərmanların əlavə təsirlərindən allergiya, 1 nəfər zəhərlənmə ilə müraciət edib. Zəhərlənmə ilə müraciət edən şəxs iki gün saxlanıldıqdan sonra evə buraxılıb. Bayram günlərində 8 nəfər sərxoşluqla bağlı şöbəyə yerləşdirilib. Onların hamısına yardım göstərilərək evə yazılıb”.

İcmal.Az

RƏYLƏR