Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən İcmal.Az-a daxil olan məlumata əsasən, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Qeyd edək ki, qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
İcmal.Az