BBC əməkdaşları Google Alerts-in zəlzələlərdə bildiriş göndərib-göndərmədiyini araşdırıblar

OXUNUB: 269 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngilis yayımçısı BBC-nin araşdırmasında, 6 fevralda Kahramanmaraşda baş verən zəlzələlərdə Google-un zəlzələdən bir dəqiqə əvvələ qədər xəbərdarlıq edə bilən bildiriş sistemi "Google Alerts"in işə düşmədiyi ifadə edildi. Google səlahiyyətliləri Kahramanmaraşda baş verən ilk böyük zəlzələdən əvvəl milyonlarla istifadəçinin telefonlarına bildirişlər göndərildiyini bildirsələr də, BBC səlahiyyətliləri araşdırmaları nəticəsində həyəcan siqnalı alan bir şəxslə qarşılaşmadıqlarını bildiriblər. ABŞ seysmoloqu Prof. Harold Tobin, Google-un erkən xəbərdarlıq sistemi xidməti təqdim edəcəyini vəd edərək gözləntiləri artırdığını söylədi.

7NEWS.az

RƏYLƏR