BƏƏ-də qutularda 4,5 milyon narkotik həb ələ keçirilib

OXUNUB: 203 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qalay qutularda gizlədilən 4,5 milyon narkotik həb ələ keçirilib. BƏƏ-nin rəsmi agentliyi WAM-ın xəbərinə görə, Əbu-Dabi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin direktoru Tahir Qərib əz-Zahiri BƏƏ-yə külli miqdarda narkotikin gətiriləcəyinə dair kəşfiyyat məlumatı üzərinə əməliyyata başladığını bildirib. Zahiri bildirib ki, təqib edilən şübhəli şəxs özünün idxal etdiyi çoxlu sayda yaşıl lobya qutularını limandan götürərək anbara aparıb. Polisin anbara basqın etdiyini qeyd edən Zahiri əməliyyat çərçivəsində 4,5 milyon narkotik həb və narkotik istehsalında istifadə edilən materialın ələ keçirildiyini bildirib. Zahiri qeyd edib ki, həbs edilən şübhəlinin qaçaqmalçılıq planı təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı ilə darmadağın edilib. Fevralın əvvəlində BƏƏ-də təxminən 620 min narkotik həb ələ keçirilib.

7NEWS.az

RƏYLƏR