Qətər böhranında əsas rol oynayan ölkələrdən olan Birləşmiş Ərəb Əmirlikləri ABŞ-a yeni təklif edib.
BƏƏ-nin Vaşinqtondakı səfiri Yusuf əl-Uteybə Qətər və bəzi ərəb ölkələri arasındakı böhranla əlaqəli olaraq ABŞ-dan Qətərdəki hərbi hava bazasını köçürməyini istəyib.
Səfir bildirib ki, Tramp ifratçılığı dəstəkləməyi dayandırmaq üçün Qətərə təzyiq vasitəsi kimi bu addımı ata bilər. Uteybə deyib: "Əlavə təzyiq vasitəsi kimi hərbi hava bazası yaxşı vasitədir. Bəlkə Konqresdə kimsə bunu eşidəcək və bazanı Qətərdən köçürməyi düşünməliyik deyəcək".
Qeyd edək ki, bir sıra ərəb dövlətləri 5 iyun tarixində Qətərlə diplomatik münasibətləri kəsib onu blokadaya salıblar./olke.az
İcmal.Az

























