7NEWS.az xəbər verir ki, Belçika hökumətindən verilən açıqlamada, Çində Covid-19 yoluxmalarının artması ilə əlaqədar olaraq Çindən gələn təyyarələrin tullantı sularının virusun yeni variantlarını aşkar etmək üçün sınaqdan keçiriləcəyi bildirilib.
Çin yanvarın 8-də sərhədlərini yenidən açmağa hazırlaşarkən, bir çox ölkə Covid-19 yoluxmaları artması səbəbindən Çindən gələn səyahətçilərə mənfi test tələbi qoyub. Belçika, digər tərəfdən, Covid-19-un yayılmasına qarşı yeni addımların bir hissəsi olaraq, virusun yeni variantlarını aşkar etmək üçün Çindən gələn təyyarələrin tullantı sularını sınaqdan keçirəcək.
Belçika, həmçinin Çindən gələn səyahətçilərin gəlişindən 7 gün sonra simptomlar göstərdikləri təqdirdə sınaqdan keçirilməsini tələb edir.