“Belə qeyri-ciddi adama kim dəstək verər ki?!” – Deputat

OXUNUB: 397 GÜNDƏM Özəl SİYASƏT
"Paşinyan yenə çaşqındır. Ona görə nala-mıxa vurur. Belə görünür ki, nə Qərbdən, nə Avropadan nə də digər ümid elədiyi istiqamətlərdən ona ciddi dəstək yoxdur. Əslində gözlənilən idi. Belə qeyri-ciddi adama kim dəstək verər ki?” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ermənistanın baş naziri elə bilirdi ki, səsə-küyə salıb nəyəsə nail ola biləcək. Amma proseslər başqa şey deyir. Bu naşı siyasətçi ortalıqda qalıb və bilmir hansı tərəfə yön alsın.

Ermənistan məğlubdur və bölgədəki proseslərin gedişatını diktə edən tərəf Azərbaycandır. Paşinyan da bu həqiqətlə barışmalı və sülh müqaviləsini imzalamalıdır. Vaxt uzatsa, zaman qazanmağa çalışsa, üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəliklərdən qaçsa onun və təmsil etdiyi dövlətin vəziyyəti daha da pis olacaq” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR