"Ölkənin həyatında bu qədər mühüm hadisələr baş verir, nə qədər müzakirə ediləsi məsələlər var. Amma "Milli Şura” adlanan namərd və anti-milli qurum, eyni zamanda onun yedəkçəsi olan AXCP yenə öz ampluasında, yenə öz "havasındadır”. Bu vətən xainləri erməniyə, fransıza söz demək əvəzinə öz dövlətinə, xalqına qarşı cəbhə açıblar. Üstəlik, yaramazcasına!.” 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"İndi də başlayıblar ki, filankəs aclıq edir, həyatı təhlükədədir, filan-feşməkan.
Bəsdirin, sən allah! Aclıq. Yox, bir...
Belə tamaşaları çox görmüşük! Artıq keçməz! Oturun, nəsə təzə bir şey düşünün, fikirləşin. Eyni zamanda o yekə qulaqlarınıza sırğa edin ki, bu cür manipulyasiyalarla heç nəyə nail ola bilməyəcəksiniz.
Qanun qarşısında hər kəs bərabərdir və məlum həqiqəti radikal müxalifətin tör-töküntüləri də gec-tez anlamalı, dərk etməlidır.” - deyə Partiya sədri fikirlərinə davam edib.