Bələdiyyə işçisi intiharını "Whatsapp"da bildirib - VİDEO

OXUNUB: 664 HADİSƏ

Antalyanın Alanya qəsəbəsində 43 yaşlı Hakan Şahin "Whatsapp" vasitəsilə iş yoldaşlarına başına tapança dayadığı fotosunu göndərib.

İcmal.Az Milliyet-ə istinadən xəbər verir ki, Hakan Şahin şəklin altına "Yolun sonuna gəldik. Bunun səbəbkarı S.Y., S.A. ve A.Y.-dir.  Bu yerdə arxası olan istifadə etdi. İstifadə etsin, görək. Ümid edirəm aidiyyəti şəxslər eşidər. Son olaraq, heç kim dəfnimə gəlməsin. Allah səni bildiyi kimi etsin S. xanım" yazdıqdan sonra avtomobilində ölü tapılıb.

Fotonu görən iş yoldaşları polisə müraciət ediblər. 

Polis parklanmış avtomobildə Hakan Şahini başından güllə ilə vurulmuş vəziyyətdə tapıb.

İntihar zamanı istifadə edilən tapança da cəsədin yanında olub.

İcmal.Az

RƏYLƏR