Bərdədə iribuynuzlu heyvan 58 yaşlı kişini vurub

OXUNUB: 554 HADİSƏ

 Bərdə rayonunda 58 yaşlı kişini iribuynuzlu heyvan vurub.

Hadisə rayonda müvəqqəti məskunlaşmış Laçından olan məcburi köçkün, 1959-cu il təvvəlüdlü Xəlilov İslam Xasat oğlunin şəxsi təsərrüfatında baş verib.  

İ.Xəlilov heyvanları yemləyərkən inək onu vurub.  

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. /report

 

İcmal.Az

RƏYLƏR