Bərdədə uşaq ikinci mərtəbədən yıxıldı

OXUNUB: 874 HADİSƏ

Bərdənin Kətəlparaq kəndində 9 yaşlı uşaq fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb.

Nəticədə 2008-ci il təvəllüdlü Hüseynov İbrahim Vahid oğlu ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, hadisə qonşuluqda yeni tikilməkdə olan evdə baş verib. Hadisə doqquz yaşlı uşaq tikintinin ikinci mərtəbəsində oynayarkən qeydə alınıb.

 

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR