Berlində bomba həyəcanı: 10 min nəfər təxliyyə edilir

OXUNUB: 500 DÜNYA

Almaniyanın paytaxtı Berlində II Dünya Müharibəsindən qalan yarım tonluq aviasiya bombasının tapılması səbəbindən bu gün səhər 9-dan etibarən sakinlər təxliyyə olunur.

İcmal.Az xəbər verir ki, bombanın tapıldığı ərazidən 800 metr radiusda bütün binalar boşaldılır.

Şəhərin dəmir yolu ərazisi yaxınlığında nazirlik binaları, səfirliklər, xəstəxanalar və muzeylər də yerləşir. Ümumilikdə 10 min nəfərin təxliyyəsi gözlənilir.

500 kiloqram çəkisi olan bomba dəmiryol vağzalı yaxınlığında tikinti işlər aparılarkən tapılıb.

Bombanın zərərsizləşdirilməsi prosesi davam edənə qədər qatarlar həmin vağzaldan dayanmadan keçəcək.

Xatırladaq ki, 1939-1945-ci illərdə Almaniyanın müxtəlif şəhərlərinə iki milyondan çox bomba atılıb. Onlardan çoxu partlamayıb.

Frankfurtda ötən ilin sentyabr ayında 1,5 tonluq bombanın tapılması səbəbindən 65 min insan təxliyyə edilmişdi. 

İcmal.Az

RƏYLƏR