Berlində təyyarə məcbur eniş etdi

OXUNUB: 597 DÜNYA

Almaniyanın "Lüfthansa" aviaşirkətinə məxsus, Münhendən Helsinkiyə uçuş həyata keçirən təyyarə Berlin hava limanında məcburi eniş etməli olub.

Buna mühərriklərdən birinin sıradan çıxması səbəb olub.

Qeyd olunur ki, "Airbus 321" təyyarəsində 158 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Sərnişinlər digər təyyarə ilə yola salınıb./milli

İcmal.Az

RƏYLƏR