Beş saniyəyə 500 mənzili satan MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürdü - VİDEO

OXUNUB: 317 HADİSƏ
Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.
 

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.

RƏYLƏR