"Beşiktaş"ın keçmiş futbolçusu Con Keru həbs cəzasına məhkum edilib

OXUNUB: 1671 Özəl İDMAN
"Beşiktaş"ın keçmiş hücumçusu Con Keru vergidən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

7NEWS.az xəbər verir ki, Oslo Rayon Məhkəməsində davam edən iddiada bir müddət "Beşiktaş”da da forma geyinən norveçli hücumçu Con Kerunun həbs cəzasına məhkum edildiyi öyrənilib. Keru vergidən yayınma və dövlət orqanlarını aldatmaq ittihamı ilə 2 il həbs və 45 min avro cərimə cəzasına məhkum edilib. Bildirilib ki, ilk dəfə 4 ay əvvəl məhkəmə qarşısına çıxan norveçli sabiq futbolçu cəzadan yayınmaq üçün lazımi hərəkətləri yerinə yetirmədiyi üçün cəzalandırılıb.

RƏYLƏR