Beyin xərçənginə qarşı yeni implant: Hər il 200.000 ölümün qarşısı alına bilər

OXUNUB: 295 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, beyin xərçənginin aqressiv növü kimi tanınan qlioblastoma bütün dünyada hər il 200.000 insanın ölümünə səbəb olur. ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları bu sağalmaz xəstəliyi müalicə edə biləcək beyin implantı hazırlayıblar. Bildirilib ki, yeni müalicə üsulu yalnız şişi hədəf alır və zərərli hüceyrələrə zərər vermir. Alimlər həmçinin kəllə ilə beyin arasına yerləşdirilən implantın xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzada biləcəyinə diqqət çəkiblər.

7NEWS.az

RƏYLƏR