Beyləqanda QANLI DAVA: Həmkəndlisini BIÇAQLAYARAQ...

OXUNUB: 744 SOSİAL
Beyləqanda bıçaqlanma hadisəsi baş verib. 

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Şahsevən kəndində 1989-cu il təvəllüdlü Zeyniyev Rəfi Tehran oğlu həmkəndlisi, 1984-cü ildə anadan olmuş Xudaverdiyev Əlizamin Əli oğluna çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə çalışıb. 33 yaşlı Ə.Xudaverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun vəziyyəti kritikdir.

Hadisəni törədən şəxs tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR