Beynəlxalq axtarışda olan maşın Azərbaycanda saxlanıldı

OXUNUB: 590 HADİSƏ

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T” markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

DGK-dən İcmal.Az-a verilən məlumata görə, yoxlama zamanı 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR