Beynəlxalq Müsəlman Alimlər İttifaqından qalmaqallı fətva

OXUNUB: 801 DÜNYA
Beynəlxalq Müsəlman Alimlər İttifaqı Ramazan ayına aid yeni fətva yayımlayıb.


İttifaqın sədri Mustafa Rəşidin yayımladığı fətvaya əsasən, oruc sadəcə varlılar üçün məcburidir. Kasıblar üçün isə məcburi deyil. Kasıblar könüllü olaraq oruc tuta bilərlər.

Mustafa Rəşid ABŞ televiziya kanalına verdiyi müsahibədə fərqli ölkələrdə kasıblıq sərhəddinin fərqli ola biləcəyini, aylıq gəliri 500 dollar olan misirlinin kasıb sayıldığını qeyd edib: "Orucun məqsədi kasıbın qarnını doydurmaqdır. Bir insan hər gün bir kasıbı doydursa, bu ən yaxşı orucdur".

Alim bu fətvanın kasıblara orucu buraxmaq çağırışı olmadığını, fətvanın əsl məqsədinin orucun prinsiplərinin anlaşılması olduğunu bildirib.

Bəzi alimlər isə fətvanın İslam hüququna zidd olduğunu, ağlı başında olan, səyahət etməyən və sağlam olan hər bir müsəlmanın oruc tutmalı olduğunu bildiriblər.

Qeyd edək ki, müfti Mustafa Rəşid mübahisəli fikirləri ilə tanınır. Məsələn, onun fikrinə görə, bir müsəlman sərxoş olmayana qədər spirtli içki qəbul edə bilər./olke.az
 
İcmal.Az

RƏYLƏR