Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Talassemiya Federasiyası İB mətbuat konfransı keçirildi

OXUNUB: 644 SOSİAL
Hər il bütün dünyada 8 may tarixi Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.
 
2018-ci ildə isə bu tarix həmin Günün 25-ci ilinə təsadüf edir.  Bugün, 11 may tarixində Yasamal Rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Talassemiya Federasiyası  İB "Talassemiya dünən, bu gün və sabah: inkişafın və pasiyentlərin ehtiyaclarının sənədləşdirilməsi”  şuarı altında "25-ci Beynəlxalq Talassemiya Günü” adlı mətbuat konfransı keçirildi. Həmin mətbuat konfransında ictimaiyyətin talassemiya problemi və talassemiya xəstəliyinin düzgün müalicəsi haqda maariflənməsinin mühüm əhəmiyyəti, qan donorluğunun təbliğatı və bu məqsədlə görülən işlər barədə bir daha söz açdılar. Tədbir zamanı Azərbaycan Talassemiya Federasiya  adından talassemiya probleminin həllində böyük dəstəyi olan Respublika Talassemiya Mərkəzinin, Mərkəz Qan Bankının əməkdaşlarına və ümumiyyәtlә bu nəcib işdə iştirakı olan şəxslərə xüsusi Təşəkkürnamələr təqdim olundu.
 

 

 

 

 
 

 

İcmal.Az

RƏYLƏR