BİABIRÇILIQ! “Tarqovı”da yeni açılan restoran vətəndaşların yolunu zəbt edib-FOTOLAR

OXUNUB: 5580 Seçilmiş Önəmli Özəl

"Hacıbala Abutalıbovdan kömək gözləyirik”

Bakının mərkəzində-"Tarqovı”da yeni açılan restoran vətəndaşların gediş-gəliş yolunu zəbt edib. Bu barədə Editor.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, bugünlərdə Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyətə başlayan restoran vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər:

"Restoran yeni işə başlayanda yalnız yolun sağ tərəfinə masalar yerləşdirmişdi. Bunun özü də şəhərin mərkəzi sayılan bu ərazidən keçən vətəndaşların rahat hərəkəti üçün problem yaradırdı. Amma düşündük ki, biraz səbr edək, yaydır, qoy işləsinlər. Ancaq bundan ruhlanan restoran sahibləri artıq neçə gündür ki, yolun sol tərəfin də "işğal ediblər”. Üstəlik ortada qalan kiçik cığıra da qəlyan və "ventilyator” yerləşdiriblər. Açıq şəkildə deyirlər ki, bu kafedə oturmayacaqsınızsa, bu yoldan keçməyin”.

Sakinlərin sözlərinə görə, 1 gün öncə restoranın yolun ortasına qoyduğu qəlyan cihazı kiçik yaşlı uşaqlardan birinin üzərinə düşüb: "Ətrafdakılar dərhal müdaxilə etməsəydilər, uşaq ağır xəsarət alacaqdı”.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə(JEK) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet”dən alıblar” şəklində cavab verib. Sakinlər restoran tərəfindən zəbt olunan yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan kömək gözləyirlər./editor.az

7NEWS.az

https://i0.wp.com/editor.az/wp-content/uploads/2017/08/p1.jpg?resize=278%2C370 278w" sizes="(max-width: 720px) 100vw, 720px" width="720" height="960" style="outline: 0px; margin: 0px; padding: 0px;" />https://i0.wp.com/editor.az/wp-content/uploads/2017/08/p2.jpg?resize=278%2C370 278w" sizes="(max-width: 720px) 100vw, 720px" width="720" height="960" style="outline: 0px; margin: 0px; padding: 0px;" />https://i2.wp.com/editor.az/wp-content/uploads/2017/08/p4.jpg?resize=493%2C370 493w, https://i2.wp.com/editor.az/wp-content/uploads/2017/08/p4.jpg?resize=768%2C576 768w" sizes="(max-width: 1000px) 100vw, 1000px" width="1000" height="750" style="outline: 0px; margin: 0px; padding: 0px;" />https://i2.wp.com/editor.az/wp-content/uploads/2017/08/p6.jpg?resize=493%2C370 493w, https://i2.wp.com/editor.az/wp-content/uploads/2017/08/p6.jpg?resize=768%2C576 768w" sizes="(max-width: 1000px) 100vw, 1000px" width="1000" height="750" style="outline: 0px; margin: 0px; padding: 0px;" />


RƏYLƏR