Biləsuvarda traktorun vurduğu piyada öldü

OXUNUB: 590 HADİSƏ
Ötən gün axşam saatlarında Biləsuvarda traktorla vurulan piyada həyatını itirib.

İcmal.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonunun ərazisində müəyyən edilməyən traktorla Cəbrayıl rayon sakini Zaur Yunusov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Cəbrayıl RPŞ tərəfindən araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR