“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu

OXUNUB: 296 Özəl SOSİAL
 
Sentyabrın 16-da "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin təşkilatçılığı, "Caspian Entertainment Company"-nin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, həmçinin Talassemiya Mərkəzi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və "Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə "Bilik günü” bayramı çərçivəsində cəmiyyətimizin ayrılmaz parçası olan bir qrup irsi qan xəstəliyindən əziyyət çəkən və ilk dəfə məktəbə qədəm qoyan uşaqlara çantalar və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.
"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin mətbuat xidmətindən verilən məlumata əsasən qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
 





 

RƏYLƏR