7NEWS.az xəbər verir ki, Microsoft-un həmtəsisçisi və milyarder iş adamı Bill Qeyts bir daha iPhone-da deyil, Android komandasında olduğunu açıq şəkildə bildirdi. Reddit-də keçirilən Ask Me Anything tədbirinə qatılan Qeyts bir Reddit istifadəçisinin sualından sonra "Samsung Fold 4" istifadə etdiyini açıqladı. Reddit istifadəçisi 1oarecare-in sualına Qeyts "Cənubi Koreyada gördüyüm Samsung sədri JY Lee-nin mənə hədiyyə etdiyi Samsung Fold 4-dən istifadə edirəm” deyə cavab verdi və belə davam etdi: "Əlbəttə, mən Outlook və bir çox Microsoft proqram təminatından istifadə edirəm. Ekran ölçüsünə görə planşetdən istifadə etmirəm, sadəcə telefon və portativ kompüterdən istifadə edirəm. Microsoft məni bəzi tədqiqat və məhsul planlarına daxil edir, lakin mən hardware yol xəritələrindən xəbərdar deyiləm. Mənim masaüstü kompüterim Windows Surface Studio-dur." deyə cavab verdi.
7NEWS.az