Bin Ladenin porno arxivi yayımlanacaqmı? - MKİ QƏRAR VERDİ

OXUNUB: 826 DÜNYA

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Əl-Qaidə lideri Usama Bin Ladenin porno arxivinin yayımlanması haqqında qərarını açıqlayıb.

İdarənin rəhbəri Mayk Pompeo arxivin yayımlanmayacağını bildirib.

Qeyd edək ki, terrorçu lider 2011-ci ildə amerikalı əsgərlərin Abbodabad şəhərində gizləndiyi villaya basqını zamanı öldürülmüşdü. Həmin evdə yerləşən iş otağında da Bin Ladenə aid porno-videolar və yüzlərlə sənəd tapılmışdı.

Kəşfiyyat İdarəsi əməkdaşlarının aşkar etdiyi, Bin Ladenə aid olan yüzlərlə sənədin yoxlanılması tam 6 ilə başa gəlib. Bununla birlikdə Əl-Qaidə terror təşkilatına qarşı təşkil edilmiş əməliyyatları təhlükəyə atma riski olduğu üçün aşkar edilən sənədlərdəki bəzi bilgilər açıqlanmayacaq./publika

 

İcmal.Az

RƏYLƏR