İtaliyada Neapol şəhərinin yaxınlığında bina uçub.
Dağıntılar altında qalanlar var. Onların 7 nəfər olduğu deyilir. Hadisə yerinə cəlb olunan qüvvələr dağıntılar altında qalanları çıxarmağa çalışırlar.
Bina 5 mərtəbəli olub. Onun ilk 3 mərtəbəsində yaşayış olmayıb. Yuxarı mərtəbədə isə iki ailə yaşayıb ki, onlardan birinin iki uşağı olub.
Hadisə şahidlərinin dediyinə görə, binanın uçmazdan əvvəl yaxınlıqdan yük qatarı keçib./milli
İcmal.Az

























