Binance kriptovalyuta birjası Voyager-in aktivlərini alacaq

OXUNUB: 345 Özəl DÜNYA
ABŞ-da yerləşən kriptovalyuta firması Voyager Digital, aktivlərini Binance kriptovalyuta birjasının ABŞ-dakı törəməsi olan Binance.US-a 1,02 milyard dollara satacağını açıqladı. 

7NEWS.az xəbər verir ki, İyul ayında müflis olmaq üçün müraciət edən Voyager, verdiyi açıqlamada müştərilərə və digər kreditorlara ən yüksək məbləği ən qısa zamanda qaytarmaq üçün strateji variantları qiymətləndirdikdən sonra aktivləri üçün ən yüksək təklifi verən Binance.US-u seçdiyini söylədi. 

Açıqlamada Binance.US-un təklifinin dəyərinin 1,02 milyard dollar olduğu qeyd edilib. Binance.US-un xoş niyyət əlaməti olaraq Voyager-ə 10 milyon dollar sərmayə qoyacağı və bunun 15 milyon dollara qədər olan müəyyən xərcləri də qarşılayacağı bildirilib. 

7NEWS.az

RƏYLƏR