Bir gündə küçədən 5, evdən 2 meyit tapıldı

OXUNUB: 569 DÜNYA

Avstraliyada 4 uşaq olmaqla, 7 nəfər odlu silahdan qətlə yetirilib.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə Osminqton şəhərində baş verib.

İki nəfərin meyiti küçədə, digər 5 nəfərin meyiti isə evdə aşkarlanıb. Şəhər polisinin nümayəndəsi Kris Douson bildirib ki, ölənlərin hamısının cinayətin baş verdiyi evdə yaşadığı güman olunur.

Şübhəli şəxslərin axtarışı aparılmır, çünki polis qətli sui-qəsd kimi nəzərdən keçirir və ölənlərin qohumları ilə əlaqə yaratmağa çalışır.

 

Ölənlərin kimliyi və yaşı barədə məlumat verilmir.

Qeyd edək ki, bu, 1996-cı ildən ölkədə baş vermiş ən kütləvi güllələnmə hadisəsidir. Ölkənin tarixində ən kütləvi qətl 1996-cı ildə Port-Artur şəhərində baş verib. O vaxt 28 yaşlı kişi kafedə olan müştərilərə odlu silahdan atəş açıb. Nəticədə 35 nəfər ölüb, 22 nəfər yaralanıb.

İcmal.Az

RƏYLƏR