Bir yaşlı uşağın böyrəyindən çıxanlar həkimləri ŞOKA SALDI

OXUNUB: 549 SOSİAL

1 yaşında uşağın hər iki böyrəyində çoxsaylı böyük daşlar aşkarlanıb.

İcmal.Az xəbər verir ki, bu barədə Publika.az-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, uşağın hər iki böyrəyində genişlənmə müşahidə edilib.

 "Uşaq sidiyə çıxa bilmədiyindən şiddətli ağrı qusma müşahidə edilirdi. Şiddətli böyrək genişlənməsinin səbəbi hər iki böyrək ləyənin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlardır .

Uşaq təcili əməliyyata alındı ,ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq.Daş analizinin nətocəsinə görə uşağın böyrəyindəki sistin daşı idi. Maddələr mübadiləsində pozğunluq olduğu üçün orqanizmi daima daş əmələ gətirməyə meyilli olacaq. Uşaq nefroloqu və bizim daimi təqibimizdə olacaq".

 

İcmal.Az

RƏYLƏR