Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin məzarı ziyarət olundu

OXUNUB: 827 Özəl SOSİAL
Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır. Aparılmış araşdırmalar zamanı Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Nəzafəti Arif Həmdulla oğlunun əziz xatirəsi şəhidin ailə üzvlərinin, Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon bələdiyyəsinin, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad edilmişdir.
Qeyd edək ki, 12.02.1994-cü il tarixində Kəlbəcər rayonunda gedən döyüşlər zamanı itkin düşmüş şəhid Nəzafəti Arif Həmdulla oğlu 30.02.1994-cü ildən itkin düşmüş şəxs kimi hesab edilirdi.Bu günlərdə naməlum şəhid kimi dəfn olunmuş Nəzafəti Arif Həmdulla oğlunun dəfn olunduğu yer aşkarlanıb və kimliyi müəyyən edilib.Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü yenidən götürülmüş və qara mərmərdən baş daşı qoyulmuşdur.
Şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq, şəhidin ailə üzvlərinin, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon bələdiyyəsinin, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə şəhidin məzarı ziyarət olunmuş və RİH adından əklil və məzarı üzərinə gül-çiçəklər düzülmüşdür.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən qədim ziyarətgahlardan hesab edilən İmamzadə türbəsində şəhidimizin xatirəsinə dualar oxunmuş, şəhidimizin ailə üzvlərinə müqəddəs Quran kitabı hədiyyə edilmiş və daha sonra isə ehsan süfrəsi təşkil olunmuşdur. 
Tədbirin sonunda şəhidin həyat yoldaşı Hüseynova Sanura Hacıağa qızı və oğlu Nəzafati Pərviz  Arif oğlu çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

RƏYLƏR